ABŞ-nin Venesuelaya gözlənilən hərbi zərbəsi qlobal iqtisadiyyatı köklü şəkildə dəyişə bilər
ABŞ Prezidenti Venesuelaya qarşı hərbi əməliyyata başlamaq qərarı verərsə, bu addım dünya iqtisadiyyatına “seysmik təsir” göstərəcək.
Crossmedia.az bu barədə The Telegraph nəşrinə istinadən xəbər verir.
“Venesuela dünyanın ən böyük neft ehtiyatlarına malik olsa da, hazırda demək olar ki, heç nə ixrac etmir. Əgər bu qədər neft bazara çıxarsa, qiymətlər kəskin şəkildə enəcək, bu isə Rusiyanın və bəlkə də Səudiyyə Ərəbistanının iqtisadiyyatını çökdürəcək, eyni zamanda digər ölkələr üçün xərcləri ciddi şəkildə azaldacaq,” – deyə məqalədə qeyd olunur.
Analitiklərin fikrincə, əgər Venesuela neft ixracını bərpa etsə, onun qiyməti bir barel üçün 30 dollara qədər düşə bilər.
Günel Verdiyeva
15:59 10.11.2025
Oxunuş sayı: 1095