Balasanyan: Noyabrın 9-da imzalanmış sənədi heç kim ləğv etməyib, ümid edirəm ki, o həyata keçiriləcək
“Ümid edirəm ki, köç etmiş şəxslər bir gün geri qayıdacaqlar”.
Crossmedia.az xəbər verir ki, bunu Xocalı soyqırımı cinayətkarı, ləğv edilmiş qondarma "Dağlıq Qarabağ Respublikası"-nın “təhlükəsizlik şurasının keçmiş katibi” Vitali Balasanyan deyib.
“Noyabrın 9-da (noyabrın 10-da-red.) imzalanmış sənədi heç kim ləğv etməyib, noyabrın 9-da imzalanmış sənəd qüvvədədir, ümid edirəm ki, bu sənəd həyata keçiriləcək”, - Balasanyan bildirib.
“Qarabağa qayıdış təhlükəsiz olacaqmı?” sualına Balasanyan belə cavab verib: “Dünyanın heç bir yerində sülh və təhlükəsizlik yoxdur”.
“Əgər təhlükəsizlik zəmanətləri verilsə, Qarabağa qayıtmağa hazırsınızmı?” sualına Balasanyan cavab olaraq deyib: “Əlbəttə, birmənalı şəkildə”.
Xatırladaq ki, Vitali Balasanyan yanvarın 18-də 2020-ci il noyabrın 10-da imzalanmış bəyanatın tərəfləri olan Ermənistan, Azərbaycan və Rusiya rəhbərlərinə ünvanlanmış məktubunu dərc etmişdi.
15:56 10.11.2025
Oxunuş sayı: 1462