Ceyhun Bayramov: Sülhməramlıların statusu ilə bağlı Azərbaycanın təklif etdiyi anlayışlar Rusiya tərəfini qane etmədi
2020-ci ilin dekabrında Azərbaycanın Rusiya tərəfi ilə sülhməramlıların statusu ilə bağlı bir neçə mərhələdə intensiv danışıqları oldu.
Crossmedia.az xəbər verir ki, bunu İTV-ə müsahibəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
O bildirib ki, sənədin müzakirəsi zamanı Azərbaycan ora elə elementlər daxil etmişdi ki, birmənalı şəkildə onların məhz Azərbaycan ərazisində, hər bir prosesi Azərbaycanla razılaşdırıb, Azərbaycanın icazəsi ilə etmək anlamına gəlirdi:
"Bu sənədə biz prinsip etibarilə baxa bilərdik. Həmin anlayışların bir çoxu Rusiya tərəfini qane etmədi. Uzun gedən danışıqlardan sonra hamı anladı ki, ortaq məxrəcə gəlmək mümkün olmayacaq. Elə buna görə, 2024-cü ilə qədər, yəni Rusiya sülhməramlıları buranı tərk edənə qədər heç bir statusu olmadı".
22:45 08.11.2025
Oxunuş sayı: 1267