Şuşada "8 Noyabr - Zəfərin təntənəsi" adlı konsert proqramı təşkil olunub - YENİLƏNİB
Şuşada 8 Noyabr - Zəfər Günü münasibətilə silsilə tədbirlər başa çatıb.
Crossmedia.az xəbər verir ki, günün yekununda möhtəşəm atəşfəşanlıq olub.
Bayram atəşfəşanlığı Şuşa səmasını al-əlvan rənglərə boyayıb.
20:00
Şuşada 8 Noyabr Zəfər gününə həsr edilən silsilə tədbirlər davam edir.
Crossmedia.az xəbər verir ki, Qarabağ Universiteti və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə konsert proqramı keçirilib.
"8 Noyabr - Zəfərin təntənəsi" adlı konsert proqramında tanınmış incəsənət nümayəndələri və Qarabağ Universiteti tələbələri rəngarəng nömrələrlə çıxış ediblər.
Konsert proqramında şəhər sakinləri, şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları, Şuşa rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin nümayəndələri iştirak ediblər.(Report)
21:05 08.11.2025
Oxunuş sayı: 1341