Azərbaycan COP30-da yeni NDC təqdim edib
COP29-un baş danışıqçısı Yalçın Rəfiyev Braziliyada keçirilən COP30 konfransında Azərbaycanın yeni "Milli Səviyyədə Müəyyən Edilmiş Töhfə"sini (NDC) elan edib.
Crossmedia.az xəbər verir ki, bu barədə COP29-un "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.
"Yalçın Rəfiyevin COP30-da elan etdiyi Azərbaycanın yeni NDC 3.0-ı ölkənin 2050-ci ilə qədər emissiyaların azaldılması üzrə əvvəlki hədəfini on beş il qabaqlamaqla, 2035-ci ilə qədər 40 % azaltma öhdəliyi götürür. Bu, ambisiyalarda irəliyə doğru əhəmiyyətli addımdır və Azərbaycanın iqlim fəaliyyətinə və davamlı gələcəyə qəti sadiqliyini təsdiqləyir", - məlumatda bildirilib.
17:28 08.11.2025
Oxunuş sayı: 1130