Gürcüstan PA-nın sabiq rəhbəri: Azərbaycanın ərazi bütövlüyünün bərpası bütün regiona fayda verdi
Azərbaycanın ərazi bütövlüyünün bərpası təkcə bu ölkə üçün deyil, bütövlükdə Cənubi Qafqaz regionu üçün mühüm hadisədir.
Crossmedia.az xəbər verir ki bunu "Report"un Gürcüstan bürosuna açıqlamasında ölkənin Prezident Administrasiyasının (PA) sabiq rəhbəri, siyasi şərhçi professor Petre Mamradze deyib.
Onun sözlərinə görə, Gürcüstan vətəndaşları da ərazi bütövlüyünün pozulmasının nə demək olduğunu yaxşı bilirlər, bu səbəbdən Azərbaycanla bağlı baş verənləri anlayış və sevinc hissi ilə qarşılayırlar:
"Bütün Gürcüstan vətəndaşları yaxşı bilirlər ki, ərazi bütövlüyünün pozulması nə deməkdir. Gürcüstanda bu məsələ hələ də həll olunmayıb. Belə bir vaxtda xüsusilə vacib məqam odur ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edib və bu, regionda hər kəsə fayda verib - ilk növbədə, Ermənistana. Bu münasibətlə Cənubi Qafqazın bütün sakinlərini təbrik etmək olar".
16:34 08.11.2025
Oxunuş sayı: 1070