Türkiyə hərbçiləri hərbi paradda tribuna önündən keçib
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə keçirilən hərbi paradda Türkiyə hərbçiləri tribuna önündən keçid ediblər.
Crossmedia.az xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin hərbçilərindən ibarət heyətə zabit Uğur Alan başçılıq edib.
Azadlıq meydanında keçirilən paradda Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif paradda iştirak edirlər.
14:30 08.11.2025
Oxunuş sayı: 1083