Elçin Ağamalı: Ədliyyə Nazirliyinin qərarını gözləyəcəyik
Ana Vətən Partiyası bir neçə gün öncə qurultay keçirib. Qurultay zamanı partiyada ciddi gərginlik yaşanıb. Belə ki, partiyanın sədri Fəzail Ağamalı sədrliyə deputat, sədr müavini Günay Ağamalının namizədliyini irəli sürüb. Bundan sonra qurultay iştirakçıları partiyanın digər sədr müavini Elçin Ağamalının da sədrliyə namizədliyini irəli sürüblər. Nəticədə qurultayda mübahisə və gərginlik yaşanıb və tədbirin gedişində sədr Fəzail Ağamalı prosesin dayandırıldığını elan edib və qurultay qərar qəbul etmədən başa çatıb.
Bir neçə gün əvvəl partiya qərar qəbul edərək Elçin Ağamalı və onun tərəfdarlarını Ana Vətən Partiyasından uzaqlaşdırıb.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında Ana Vətən Partiyasının sədr müavini Elçin Ağamalı bildirib ki, onlar Ədliyyə Nazirliyinin qurultayla bağlı hüquqi rəyini gözləyəcək:
“Bu mənfi bir haldır. Biz Ədliyyə Nazirliyinin qurultaya hüquqi rəyini gözləyəcəyik. Ədliyyə Nazirliyinin verdiyi qərardan sonra digər atacağımız addımlarla bağlı mətbuata məlumat verəcəyik”.
Günel Verdiyeva
13:55 08.11.2025
Oxunuş sayı: 1445