İlham Əliyev: Azərbaycan heç vaxt işğalla barışmaq fikrində deyildi
Azərbaycan heç vaxt işğalla barışmaq fikrində deyildi.
Crossmedia.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə Bakıda keçirilən hərbi paradda çıxışı zamanı deyib.
Prezident qeyd edib ki, 1990-cı ilin əvvəllərində Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq sayəsində torpaqlarımızın 20%-i işğal altına düşüb:
"Bir milyon Azərbaycan vətəndaşı qaçqın-köçkün vəziyyətinə salınıb. Xalqımıza qarşı hərbi cinayətlər törədilib. Etnik təmizləmə siyasəti aparılırdı. Bu, bizim iradəmizi sındırmadı. Azərbaycan heç vaxt işğalla barışmaq fikrində deyildi. Sülh danışıqları apararkən hər zaman bəyan edirdik ki, əgər bu danışıqlar nəticə verməsə, Azərbaycan istənilən yollarla, o cümlədən hərbi yolla öz tarixi, əzəli torpaqlarını azad edəcək. Uzun müddət davam edən danışıqların nəticəsi sıfır olmuşdu. Səbəbi o idi ki, Ermənistan öz xoşu ilə bir qarış torpaq azad etmək fikrində deyildi. Ermənistanın arxasında duran bəzi dövlətlər isə onlara siyasi-iqtisadi və hərbi dəstək göstərərək onlarla həmrəy idi. Onların fikri əzəli Qarabağ torpağımızı Azərbaycandan qoparıb Ermənistana birləşdirmək idi. Bizim isə siyasətimiz ərazi bütövlüyümüzü, suverenliyimizi tam bərpa etməkdən ibarət idi".
13:44 08.11.2025
Oxunuş sayı: 1139