Nazir müavini vergi güzəştlərinin əmək müqavilələrinin sayına təsirini açıqlayıb
"2018-2025-ci illərdə əməkhaqqı gəlirlərinə vergi güzəştlərinin nəticələri çox uğurlu oldu".
Crossmedia.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında maliyyə nazirin müavini Azər Bayramov deyib.
“Bu islahatlar başlayandan sonra özəl sektorda əmək müqavilələrin sayı 90% artıb. İslahatların başlandığı dövrdə özəl sektorda əmək müqavilələrinin sayı 540 min idisə, bu gün artıq 1 milyonu ötüb”, - nazir müavini bildirib.
12:03 06.11.2025
Oxunuş sayı: 1444