Xavyer Mileyin partiyası Argentinada parlament seçkilərində qalib gəlib
Argentina prezidenti Xavyer Mileyin rəhbərlik etdiyi sağçı “La Libertad Avanza” partiyası 26 oktyabrda keçirilən aralıq parlament seçkilərində qalib gəlib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bülletenlərin 98%-i sayıldıqdan sonra partiya səslərin 40,78%-ni toplayaraq Deputatlar Palatasında 64 yer əldə edib.
Mərkəz-solçu “Fuerza Patria” partiyası isə 31,64% səslə ikinci yeri tutub.
Səriyyə Tağıyeva
18:32 27.10.2025
Oxunuş sayı: 1561