Tokayev və Putin yenidən telefonla danışıb
Qazaxıstan prezidenti Qasım-Comərd Tokayev və Rusiya prezitenti Vladimir Putin növbəti dəfə telefonla danışıb. Bu, ay ərzində Qazaxıstan və Rusiya liderlərinin ikinci telefon danışığıdır. Daha əvvəl onlar Tacikistanın paytaxtı Düşənbədə də şəxsi görüş keçirmişdilər.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Rəsmi məlumata görə, tərəflər “ikitərəfli gündəlikdəki aktual məsələləri, o cümlədən Qazaxıstan Prezidentinin Rusiyaya gözlənilən dövlət səfərinə hazırlıq məsələlərini” müzakirə ediblər.
Beləliklə, iki ölkə arasında əlaqələrin intensivləşdiyi, qarşıdakı səfər ərəfəsində diplomatik təmasların artdığı bildirilir.
Mehriban İbrahimli
16:12 27.10.2025
Oxunuş sayı: 1490