Zelenski: Putin Donbasa tam nəzarət etmək istəyir
Ukrayna Prezidenti Vladimir Zelenski müsahibədə bildirib ki, Ukrayna kəşfiyyatının məlumatına görə, Rusiya lideri Vladimir Putin şəxsi söhbətlərində müttəfiqlərinə oktyabrın 15-dək bütün Donbasa nəzarət etmək planından danışıb.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Zelenski qeyd edib ki, Rusiya bunu həyata keçirə bilməz, çünki ölkənin güclü hərbi bölmələri məhv edilib və kifayət qədər insan resursları yoxdur. “Cəbhədə son iki–üç ayda olduğu kimi demək olar ki, eyni mövqeləri saxlayırıq”, – deyə o əlavə edib.
Sevinc Yarməmmədova
15:51 27.10.2025
Oxunuş sayı: 1702