Seneqalda 1944-cü il qətliamı: Fransanın gizlətdiyi həqiqət ortaya çıxır
Fransız jurnalı Seneqalda 1944-cü ildə baş vermiş faciə ilə bağlı əhəmiyyətli araşdırmanı yayıb.
Crossmedia.az “The Africa Report” jurnalına istinadən xəbər verir.
Məqaləyə görə, 301 səhifəlik hesabat Seneqal Prezidenti Bassir Diomay Fayya təqdim olunub və Fransanı həqiqəti gizlətməkdə ittiham edir, Dakarın isə ədalət və kompensasiya tələb etdiyini təsdiqləyir.
Hesabata əsasən, 1 dekabr 1944-cü ildə Fransanın müstəmləkə ordusu Tiaroyda yüzlərlə Afrika atıcılarını “qiyamçılar” adı ilə güllələyib. Yeni məlumatlara görə, qurbanların sayı 300–400 nəfər olub, əvvəlki fransız mənbələri tərəfindən göstərilən 70 nəfər deyil.
Hesabatda bildirilir ki, Fransa qəsdən arxivləri, o cümlədən, Morle və Dakar qeydiyyat kitablarını gizlədib və saxtalaşdırıb. Arxeoloji qazıntılar isə zorakılıq izləri olan kütləvi məzarlıqları üzə çıxarıb. Sümüklərin başsız və ayaqların zəncirlərlə bağlanması, cəsədlərin hərəkət etdirildiyini və qətliamın miqyasını göstərir.
Seneqal Prezidenti qurbanlara mənəvi və maddi kompensasiya, arxivlərin açıqlanması və yeni qazıntıların aparılmasını tələb edib.
Günel Verdiyeva
13:46 27.10.2025
Oxunuş sayı: 935