Trampdan Putinin raket sınaqlarına sərt reaksiya
ABŞ Prezidenti Donald Tramp Rusiya tərəfindən sınaqdan keçirilmiş “Burevestnik” raketi ilə bağlı açıqlama verib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Tramp bildirib ki, ABŞ-nin nüvə təchizatlı sualtı qayıqları Rusiya üçün kifayətdir və 8 000 mil məsafəyə raket atmağa ehtiyac yoxdur. O vurğulayıb ki, ABŞ və Rusiya bir-biri ilə “oyun oynamır” və raket sınaqları davam etsə də, ABŞ üçün bu məsafələrdə atəş açmağa ehtiyac yoxdur.
Prezident həmçinin Rusiya Prezidenti Vladimir Putinə müraciət edərək deyib ki, raket sınaqları ilə məşğul olmaq əvəzinə, Ukraynada başlamış müharibəni yekunlaşdırmalıdır.
Günel Verdiyeva
12:34 27.10.2025
Oxunuş sayı: 1160