Avropa İttifaqı Rusiya ilə ticarətdə üçüncü yerdədir
2024-cü ildə Avropa İttifaqı (Aİ) Rusiyanın ən böyük ticarət tərəfdaşlarından biri olub.
Crossmedia.az xəbər verir ki, bu barədə Bild nəşri məlumat yayıb.
Bildirilib ki, iki tərəf arasında ticarət həcmi təxminən 67,5 milyard avro təşkil edib.
Rusiya ilə ticarətdə lider Çin olaraq qalır – 244,8 milyard dollarla, ikinci yerdə isə Hindistandır.
Bundan əlavə Qərbin təzyiqi və mümkün əlavə sanksiyalara baxmayaraq, İsrail, Ermənistan, Özbəkistan, Misir və Braziliya Rusiyayla ticarəti artırıb.
Fatimə Məmmədova
18:45 26.10.2025
Oxunuş sayı: 1830