Çin yeni müşahidə peyki göndərdi
Çin “Gaofin-14 02” adlı yeni peykini kosmosa buraxıb. Belə ki , peyk Siçuan əyalətində yerləşən Şiçanq mərkəzindən “Uzun Yürüş-3B” raketi ilə orbitə göndərilib.
Crossmedia.az xəbər verir ki, bu barədə NTV məlumat yayıb.
Məlumata görə, peyk uğurla orbitə yerləşib və Yer səthini daha aydın şəkildə izləmək üçün istifadə olunacaq. Bu peyk ölkənin müdafiə və iqtisadi inkişafına da kömək edəcək.
Qeyd edək ki , Çin bu tip “Gaofin” peyklərini 2010-cu ildən istehsal edir və hazırda orbitdə 36 belə peyk fəaliyyət göstərir.
Fatimə Məmmədova
17:52 26.10.2025
Oxunuş sayı: 1839