Lavrov: Bizim üçün düşmən yoxdur
Rusiya bütün ölkələrlə BMT Nizamnaməsinin prinsiplərinə əsaslanan bərabər və ədalətli tərəfdaşlığa açıqdır. Rusiyanın nə Qərbdə, nə də Şərqdə düşmən xalqları yoxdur.
Crossmedia.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Beynəlxalq Əməkdaşlıq Forumunun iştirakçılarına ünvanladığı videomüraciətində bildirib.
“Prezident Vladimir Putin dəfələrlə qeyd edib, o cümlədən 2023-cü il 9 may Qələbə Paradında çıxışı zamanı bildirib ki, bizim üçün nə Qərbdə, nə də Şərqdə düşmən və ya qeyri-dost xalqlar yoxdur. Biz hər zaman BMT Nizamnaməsinin prinsiplərinə, onların bütövlüyünə və qarşılıqlı əlaqəsinə əsaslanan, milli maraqlarını rəhbər tutan ölkələrlə səmimi və bərabərhüquqlu tərəfdaşlığa açığıq,” – deyə Lavrov vurğulayıb.
Nazir əlavə edib ki, Rusiya müasir, geniş və siyasətdən uzaq beynəlxalq əməkdaşlıqda maraqlı dövlət kimi” inkişafını davam etdirir.
“Bu gün dünya gərgin vəziyyətdə olarkən, insanlararası ünsiyyət, eləcə də elm, mədəniyyət və idman xadimləri arasında dialoq vəziyyətin sağlamlaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Biz bu kimi təşəbbüsləri alqışlayırıq,” – deyə Lavrov qeyd edib.
Gülbəniz Bayramova
20:15 26.10.2025
Oxunuş sayı: 1420