Tailandın və Kambocanın baş nazirləri Trampın iştirakı ilə sülh müqaviləsi imzalayıblar
Tailandın və Kambocanın baş nazirləri Anuthin Çanvirakun və Xun Manet Kuala Lumpurda keçirilən Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının sammitində iştirak ediblər.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Sammit çərçivəsində ABŞ Prezidenti Donald Trampın iştirakı ilə sülh müqaviləsi imzalayıblar.
Mərasimdə ABŞ prezidenti Donald Tramp və Malayziya baş naziri Anvar İbrahimin iştirak edirdi.
Amerika lideri bəyan edib ki, Malayziya atəşkəs rejiminin yerinə yetirilməsini nəzarət etmək üçün müşahidəçilər göndərəcək. Tailandın xarici işlər naziri Sihasak Puangketkeo vurğulayıb ki, sənəd rəsmi sülh müqaviləsi deyil, "sülhə aparan yol” kimi qəbul olunur.
10:59 26.10.2025
Oxunuş sayı: 1813