Ərdoğan Türkiyənin qlobal nüfuzunun artdığını açıqlayıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə müasir dünyada sülh və sabitliyin sinonimi olub.
Crossmedia.az Türkiyə mediasına istinadən xəbər verir.
O vurğulayıb ki, heç bir beynəlxalq güc balansı Ankaranın iştirakı olmadan təmin edilə bilməz.
Ərdoğanın sözlərinə görə, Türkiyənin təsiri əsas regional və qlobal münaqişələrə də şamil olunur: Suriya, Fələstin-İsrail, Fars körfəzi vəziyyəti və Rusiya-Ukrayna qarşıdurması.
Prezident əlavə edib ki, bu gün Türkiyənin sözünə dünya miqyasında hörmətlə yanaşılır.
Günel Verdiyeva
21:38 25.10.2025
Oxunuş sayı: 1460