Tramp Ağ Evdəki yeni bal zalına öz adını verə bilər
- ABŞ Prezidenti Donald Trampın Ağ Evdə inşa edilən yeni bal zalına öz adını verməsi ehtimal olunur.
Crossmedia.az “ABC News”a istinadən xəbər verir.
Mənbənin məlumatına görə, artıq prezident administrasiyasının bəzi rəsmiləri həmin məkanı “Prezident Donald J. Tramp Bal Zalı” adlandırmağa başlayıblar.
Hazırda Tramp özü zalın rəsmi adının nə olacağını ictimaiyyətə açıqlamayıb.
Günel Verdiyeva
21:27 25.10.2025
Oxunuş sayı: 1550