Böyük Britaniyada səhvən yüzlərlə məhkum azadlığa buraxılıb
Böyük Britaniyada son bir il ərzində səhv nəticəsində 260-dan çox məhkum azadlığa buraxılıb.
Crossmedia.az “Sky News” kanalına istinadən xəbər verir.
Məlumata görə, 2024-cü ilin martından 2025-ci ilin mart ayınadək ümumilikdə 262 nəfər səhvən azad edilib — onlardan 233-ü həbsxanalardan, 29-u isə birbaşa məhkəmə zalından buraxılıb.
Hesabatda bildirilir ki, bu cür hallar əvvəlki illə müqayisədə 128 faiz artıb.
Günel Verdiyeva
21:12 25.10.2025
Oxunuş sayı: 899