Almaniyada keçmiş atom elektrik stansiyasının soyuducu qüllələri partladılıb
Almaniyanın Bavariya əyalətində yerləşən keçmiş Qundremmingen Atom Elektrik Stansiyasının 160 metr hündürlüyündəki iki soyuducu qülləsi minalanaraq partladılıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir . Bu hadisə Almaniyanın atom dövrünün sona çatmasının simvolu kimi qiymətləndirilir.
Stansiya 2021-ci ildə fəaliyyətini dayandırmışdı, partlayışdan sonra dağıdılmış 56 min ton armaturbetonun tikinti materialı kimi emal ediləcəyi bildirilib.
Səriyyə Tağıyeva
17:19 25.10.2025
Oxunuş sayı: 957