Türkiyə 13 ildən sonra Suriyaya səfir təyin etdi
Türkiyə 13 ildən sonra Suriyada səfir təyin edib. Yeni səfir ölkənin xarici işlər nazirinin müavini Nuh Yılmaz olub.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Diplomatik karyerasına qədər Nuh Yılmaz 10 ildən çox müddətdə Türkiyə Milli Kəşfiyyat Təşkilatında (MİT) çalışıb və regional təhlükəsizlik, eləcə də Yaxın Şərq siyasəti üzrə ixtisaslaşıb.
O, daha əvvəl ABŞ-də fəaliyyət göstərib, orada SETA analitik mərkəzinin Vaşinqton ofisinə rəhbərlik edib, Corc Meyson və Marmara universitetlərində dərs deyib, həmçinin media sahəsində əməkdaşlıq edib.
Günel Verdiyeva
17:26 25.10.2025
Oxunuş sayı: 1401