Brijit Makronun adı Fransada vergi saytında səhvən kişilərin adı ilə göstərilib
Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşı Brijit Makronun adı ölkənin rəsmi vergi saytında səhvən kişilərin adı altında qeyd olunub.
Crossmedia.az “BFMTV” kanalına istinadən xəbər verir.
Hadisə 2024-cü ilin sentyabr ayında baş verib. Birinci ledi administrasiyasının rəhbəri Tristan Bome bildirib ki, Brijit Makron rəsmi saytda vergi məlumatlarını yoxlayarkən, onun adı əvəzinə “Jean-Michel” adlı kişi adı ilə qarşılaşıb. Məsələ sadəcə texniki səhv yox, kənar müdaxilə olub.
Yenisey sarayında hadisəyə ciddi yanaşılıb. Brijit Makron şikayət ərizəsi təqdim edib və araşdırma başlayıb. Film məlumatına görə, bu məlumatların dəyişdirilməsində iki mümkün iştirakçı müəyyən edilib.
Günel Verdiyeva
15:01 25.10.2025
Oxunuş sayı: 1026