ABŞ sanksiyaları Rusiyanın neft nəhənglərinə milyardlarla dollar zərər vurub
ABŞ-nin tətbiq etdiyi yeni sanksiyalar Rusiyanın aparıcı neft şirkətlərinə ciddi maliyyə itkiləri yaşadıb. “Rosneft”in səhmləri 3% ucuzlaşaraq şirkətə təxminən 1,56 milyard dollar zərər gətirib.
Crossmedia.az “The Moscow Times” nəşrinə istinadən xəbər verir.
Digər enerji nəhəngi “Lukoil”in səhmləri isə 7,2% dəyər itirib, nəticədə şirkət təxminən 4 milyard dollar itki ilə üzləşib.
“The Moscow Times” yazır ki, “Lukoil”in əsas sahibi və Rusiyanın ən varlı milyarderi Vagit Alekperov cəmi iki gün ərzində 1 milyard dollardan çox sərvət itirib.
Günel Verdiyeva
11:22 25.10.2025
Oxunuş sayı: 888