Ermənistan Müdafiə Naziri: Yalnız yeni nəsil silahlar alırıq və hərbi sənayemizi gücləndiririk
Ermənistan Müdafiə naziri Suren Papikyan bildirib ki, ölkə yalnız yeni nəsil silahlar alır və hərbi sənayesini gücləndirməyə davam edir. Onun sözlərinə görə, yerli istehsal olunan silah və texnologiyalar artıq ordunun arsenalında mühüm yer tutur.
Papikyanın sözlərinə əsasən, hökumət hərbi sahədə xarici asılılığı azaltmağı, yerli istehsalı artırmağı və müdafiə gücünü daxili resurslarla möhkəmləndirməyi hədəfləyir.
Crossmedia.az bu barədə Suren Papikyanın İctimai Televiziyaya müsahibəsinə istinadən xəbər verir ki, nazir son illər Ermənistanın müdafiə sənayesinin fəal şəkildə inkişaf etdiyini vurğulayıb.
“Erməni silah sistemlərinin xarici bazarlarda rəqabətqabiliyyətli olması üçün hərtərəfli iş aparılmalıdır. Bunun üçün yeni investisiyalar vacibdir. Sərmayə qoyulmadan xarici analoqlarla rəqabət aparmaq mümkün deyil”, – deyə Papikyan qeyd edib.
Türkanə Məşədiyeva
10:41 25.10.2025
Oxunuş sayı: 1242