Fransa təşkilatları Lion şəhərindəki xatirə lövhəsinin təhqir edilməsini pisləyib
Bir neçə Fransa təşkilatı 1961-ci il 17 oktyabrda Parisdə alqerlilərin kütləvi qətlinin qurbanlarına həsr olunmuş Lion şəhərindəki xatirə lövhəsinin təhqir edilməsini pisləyib.
Crossmedia.az-ın məlumatına görə, bu barədə "Africa News" xəbər verib.
Mouvement Dynamique des Algériens de France (MODAF), Devoir de Mémoire et Réconciliation, Givors Mémoire, Centre des Cultures Arabes et Méditerranéennes və Maison de l’Algérie en Diaspora təşkilatlarının birgə bəyanatında bu vandalizm hərəkəti “xatirəyə və respublika dəyərlərinə qarşı ciddi təhqir” adlandırılaraq qəti şəkildə pislənib.
Təşkilatlar vurğulayıblar ki, xatirə lövhəsi “qurbanlara qanuni ehtiramın göstəricisi və xalqlar arasında barışığa çağırışdır” və ədalət, həmrəylik prinsiplərinin qorunmasına çağırıblar.
Afrika müşahidəçilərinin fikrincə, bu hadisə Fransanın müstəmləkə keçmişi ilə bağlı ağrılı mövzunu yenidən gündəmə gətirib və Afrika xalqlarına qarşı törədilmiş cinayətlərin etiraf edilməsinin vacibliyini xatırladıb.
Səbiyyə Zayirova
10:38 25.10.2025
Oxunuş sayı: 1193