Ukrayna Belqorod su anbarına zərbə endirib
Ukrayna Silahlı Qüvvələri Belqorod su anbarının bəndinə HIMARS raketləri ilə zərbə endiriblər.
Crossmedia.az xəbər verir ki, bu barədə yerlı mənbələrin məlumat yayıb.
Zərbə nəticəsində texniki avadanlıqların yerləşdiyi bir neçə bina, buraxıcı şlüzlərdən birinin qaldırıcı mexanizmləri və bəndin üst hissəsi zədələnib.
Bununla belə, bəndin bütövlüyü pozulmayıb və yaxınlıqdakı yaşayış məntəqələrinə daşqın təhlükəsi yoxdur.
Səbiyyə Zayirova
10:26 25.10.2025
Oxunuş sayı: 1153