Rusiya Kiyevin İstilik Elektrik Stansiyasına hücum edib
Gecə Rusiya qoşunları Kiyevin sol sahilində yerləşən İstilik Elektrik Stansiyasına hücum edib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Atəş nəticəsində şəhərin bir neçə rayonunda yanğınlar baş verib, uşaq bağçası zədələnib. İlkin məlumatlara görə, səkkiz nəfər xəsarət alıb, onlardan üçü xəstəxanaya yerləşdirilib.
Səbiyyə Zayirova
10:12 25.10.2025
Oxunuş sayı: 814