Hindistanda ənənəvi festival keçirilib
Hindistanda bir-birinə inək peyini atmaq ənənəvi festivalı keçirilib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Gorehabba adlı bu festival Karnatakanın Gumatapura adlı bölgəsində keçirilir. Adət yerli sakinlərin inancına görə, onların tanrısı Bireşvara Svaminin inək peyinindən yarandığına dair yüz ildən çox əvvəl formalaşıb.
Bayram üçün peyin əvvəlcədən toplanır və məbəddə müqəddəsləşdirilir.
Səbiyyə Zayirova
10:05 25.10.2025
Oxunuş sayı: 801