Husilər Sənədə BMT-nin yeddi əməkdaşını saxlayıblar
Yəməndə fəaliyyət göstərən BMT qurumları əsasən aclıq, səhiyyə və qaçqınların vəziyyəti ilə bağlı layihələr icra edirlər. Husilərin nəzarətində olan ərazilərdə isə beynəlxalq təşkilatların işi son illər xeyli çətinləşib. Onlar tez-tez yoxlamalar, hərəkət məhdudiyyətləri və təhlükəsizlik riski ilə üzləşirlər.
Yəmənin təxminən üçdə bir hissəsinə nəzarət edən “Ənsar Allah” hərəkatına bağlı husilər paytaxt Sənədə azı yeddi BMT əməkdaşını saxlayıblar.
Bu barədə Crossmedia.az TASS-a istinadən xəbər verir ki, saxlanılanların hamısı Yəmən vətəndaşlarıdır və onların İsrail üçün casusluqda şübhəli bilindikləri qeyd olunur.
Məlumatlara görə, husilər saxlanılan BMT əməkdaşlarının dindirilməsini davam etdirirlər. Rəsmi tərəfdən isə məsələ ilə bağlı hələlik geniş açıqlama verilməyib.
Türkanə Məşədiyeva
02:15 25.10.2025
Oxunuş sayı: 986