Vaşinqton Kolumbiyaya qarşı sanksiya tətbiq edib
ABŞ Kolumbiya prezidenti Qustavo Petroya qarşı sanksiyalar tətbiq edib. Bundan əvvəl ABŞ prezidenti Donald Tramp onu “narkobiznesin qeyri-qanuni lideri” adlandırıb və ABŞ-nin müdaxiləsi ilə hədələyib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ 2025-ci il oktyabrın 24-də Petro və onun ailə üzvlərinə qarşı narkotiklərlə əlaqəli ittihamlarla sanksiyalar tətbiq edib.
ABŞ Maliyyə Nazirliyi bildirib ki, Kolumbiyada kokain istehsalı Petro hakimiyyəti dövründə “on illik yüksək səviyyəyə” çatıb və narkotik kartellərinin fəaliyyətinə müvafiq nəzarət olunmayıb.
Petro qeyd edib ki, ABŞ kömək-yardımını dayandırsa belə bunun böyük təsiri olmayacaq, amma hərbi əməkdaşlığın kəsilməsi daha ciddi nəticələr doğura bilər.
Türkanə Məşədiyeva
23:50 24.10.2025
Oxunuş sayı: 1010