ABŞ Ukraynanın anti-Rusiya bəyanatına qoşulmayıb
ABŞ BMT-də Rusiya əleyhinə səsləndirilən Ukraynanın bəyanatına qoşulmayıb. Ukraynanın oxuduğu bəyanatda Moskva “təxribat xarakteri daşımayan müharibə” aparmaqda ittiham edilib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bəyanat BMT Təhlükəsizlik Şurasının iclası başlamazdan əvvəl səsləndirilib. Sənədə Avropa İttifaqı ölkələri, Böyük Britaniya, Kanada, Avstraliya, Yeni Zelandiya, Yaponiya və bir neçə Şərqi Avropa dövləti daxil olmaqla, 40-dan çox ölkə dəstək verib.
Bəyanatı dəstəkləyən dövlətlər Ukraynanın ərazi bütövlüyünü və Rusiya qoşunlarının geri çəkilməsini müdafiə ediblər. ABŞ nümayəndə heyəti isə bu siyahıya daxil olmayıb.
Sevinc Yarməmmədova
22:32 24.10.2025
Oxunuş sayı: 1288