Fransa Ukraynaya əlavə “Mirage” və “Aster” göndərəcək
Fransa Prezidenti Emmanuel Makron bəyan edib ki, Paris Ukraynaya hərbi dəstəyi gücləndirəcək.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Makronun sözlərinə görə, Fransa Ukraynaya əlavə “Mirage 2000” qırıcı təyyarələri və “Aster” zenit raket sistemləri göndərəcək.
Bundan əlavə, Fransa ukraynalı hərbçilərin hazırlanması üçün yeni təlim proqramları həyata keçirməyi planlaşdırır.
Makron bildirib ki, Parisin məqsədi münaqişəni alovlandırmaq deyil, Ukraynanın müdafiə qabiliyyətini uzunmüddətli perspektivdə gücləndirməkdir.
“Fransa Ukraynaya lazım olduğu qədər kömək etməyə davam edəcək,” – deyə o vurğulayıb.
Mehriban İbrahimli
21:40 24.10.2025
Oxunuş sayı: 873