Moskvada Mkrtiç Okroyan barəsində qiyabi həbs qərarı çıxarılıb
Rusiyanın paytaxtı Moskvada məhkəmə “Auri” şirkətlər qrupunun prezidenti və “Balaşixinskiy Döküm-Mexaniki Zavodu”nun səhmdarlarından biri olan Mkrtiç Okroyanı qiyabi olaraq həbs edib.
Bu barədə Crossmedia.az Rusiya mediasının verdiyi məlumata istinadən xəbər verir.
Okroyan hərbi nəqliyyat təyyarələri İl-76MD-90A üçün şübhəli mənşəli podşipniklərin (yataqların) təchizatı ilə bağlı cinayət işi üzrə istintaqa cəlb olunub.
İttihamda bildirilir ki, keyfiyyətsiz detallar nəticəsində beş hərbi təyyarə sıradan çıxıb. Ümumilikdə vurulan zərərin məbləği 229 milyon rubldan (təxminən 2,47 milyon ABŞ dolları) çoxdur.
Mehriban İbrahimli
21:12 24.10.2025
Oxunuş sayı: 1133