Zelenskidən mühüm açıqlama: Putin başa düşür ki…
Ukrayna Prezidenti Vladimir Zelenski Avropa Şurasının iclasında çıxışı zamanı bəyan edib ki, bəzi Avropa ölkələri də uzaqmənzilli silahlara, o cümlədən “Tomahawk” tipli qanadlı raketlərə malikdir və Ukrayna artıq həmin ölkələrlə bu raketlər barədə danışıqlara başlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
V.Zelenskinin sözlərinə görə, müharibənin təşəbbüskarı Rusiya dövlət başçısı Vladimir Putin başa düşür ki, Ukraynaya uzaqmənzilli silahların verilməsi müharibənin gedişatını dəyişə bilər.
Prezident bildirib: “Biz öz fəaliyyətimizi təkcə müdafiə kimi görməməliyik. Siyasətimizi elə qurmalıyıq ki, Rusiyanın dağıdıcı taktikasının Avropada və ya dünyanın başqa yerlərində yayılmasının qarşısı alınsın. Buna görə də Ukraynaya uzaqmənzilli silahlar verilməsi məsələsində məqsədimiz – Putin rejiminin bu müharibənin real nəticələrini hiss etməsini təmin etməkdir”.
Zelenski, həmçinin Avropa liderlərini Ukraynaya bu cür imkanlar qazandıracaq bütün təşəbbüsləri dəstəkləməyə çağırıb. Onun fikrincə, bu, Rusiyaya ciddi təsir göstərə biləcək addımdır.
Gülbəniz Bayramova
23:18 23.10.2025
Oxunuş sayı: 1401