OPEK Rusiyanın neft bazarındakı payını ələ almağa hazırdır

OPEK ölkələri ABŞ-ın Rusiya şirkətlərinə qarşı tətbiq etdiyi sanksiyalar fonunda artan tələbat səbəbindən neft hasilatını əvvəlki, daha yüksək səviyyəyə qaldırmağa hazırdır.
Bu barədə Küveytin neft naziri Tarek ər-Rumi açıqlama verib.
Crossmedia.az xəbər verir ki, nazirin fikrincə, ABŞ sanksiyalarının təsiri nəticəsində Yaxın Şərq ölkələrinin neftinə olan tələbatın artacağı gözlənilir.
O, həmçinin qeyd edib ki, Rusiya şirkətlərinə qarşı sanksiyalardan sonra neft qiymətlərinin də yüksəlməsi ehtimal olunur.
Nastya Qəniyeva
22:06 23.10.2025
Oxunuş sayı: 1568