Qazaxıstan PUA partlayışından sonra hava məkanına nəzarəti gücləndirib

Qazaxıstanın Müdafiə Nazirliyi ölkənin hava məkanına nəzarəti artırıb. Bu addım Qərbi Qazaxıstan vilayətində naməlum mənşəli pilotsuz uçuş aparatının partlayışından sonra atılıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Hadisə oktyabrın 23-ü səhər saatlarında Burlin rayonunda baş verib. Nazirliyin məlumatına görə, aparatın qalıqları yaşayış məntəqələrindən uzaq ərazidə aşkarlanıb. Hadisə nəticəsində xəsarət alan olmayıb və maddi zərər qeydə alınmayıb.
Hazırda insidentin şəraiti və PUA-nın mənşəyi araşdırılır.
Günel Verdiyeva
20:17 23.10.2025
Oxunuş sayı: 1330