Çin dövlət neft şirkətləri Rus neftindən imtina etdi
Çin dövlət neft şirkətləri ABŞ sanksiyaları səbəbindən Rusiya neftini almağı dayandırıb.
Bu barədə Crossmedia.az Reuters agentliyinin verdiyi məlumata istinadən xəbər verir.
Çin dövlətinə məxsus neft şirkətləri qısamüddətli perspektivdə Rusiya nefti ilə əməliyyatlardan çəkinəcək. Bu qərar ABŞ-ın mümkün sanksiyaları ilə bağlı narahatlıqlarla əlaqədardır.
Mütəxəssislər bildirirlər ki, bu addım Rusiya neftinin Asiyaya ixracına təsir göstərə bilər, çünki Çin bu sahədə əsas alıcılardan biridir.
Mehriban İbrahimli
21:35 23.10.2025
Oxunuş sayı: 1790