Paşinyan: Ermənistan tədricən blokadadan çıxır

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, ölkə tədricən blokadadan çıxır. O, hökumət iclasında çıxışı zamanı qeyd edib ki, artıq iki gündür Azərbaycan tərəfindən Ermənistana ixrac məhdudiyyətlərinin aradan qaldırılması barədə müzakirələr gedir.
Bu barədə Crossmedia.az xarici mənbəyə istinadən xəbər verir.
Paşinyan bu qərara görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirib və onun mühüm addım olduğunu vurğulayıb:
"Bu, çox vacib qərardır. O göstərir ki, Vaşinqton bəyannamələri və əldə olunan razılaşmalar bəzi dairələrin təqdim etməyə çalışdığı kimi sadəcə sözlər deyil. Bu sənədlər konkret nəticələr verib,” – deyə Paşinyan qeyd edib.
Baş nazir həmçinin Tbilisidə keçirilən “İpək Yolu” konfransında da Azərbaycan tərəfinin qərarını alqışladığını xatırladıb.
Mehriban İbrahimli
20:13 23.10.2025
Oxunuş sayı: 1694