ABŞ-nin yeni sanksiyaları Rusiyaya təzyiq göstərmək cəhdidir

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, ABŞ tərəfindən tətbiq olunan yeni sanksiyalar ölkənin iqtisadi vəziyyətinə ciddi təsir göstərməyəcək.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, bu məhdudiyyətlər Rusiyaya təzyiq vasitəsi kimi istifadə olunur.
Putin həmçinin xatırladıb ki, Donald Tramp prezidentliyinin ilk dövründə Rusiyaya qarşı ən çox sanksiya tətbiq edən lider olub.
“Özünə hörmət edən heç bir ölkə heç vaxt təzyiq altında heç nə etmir”, — deyə Putin vurğulayıb.
Günel Verdiyeva
20:06 23.10.2025
Oxunuş sayı: 1321