Şimali Koreya iki yeni hipersəs sursatını uğurla sınaqdan keçirib
Koreya Xalq Demokratik Respublikası (KXDR) oktyabrın 22-də iki yeni hipersəs sursatının sınağını uğurla həyata keçirib.
Crossmedia.az xəbər verir ki,bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb.
Məlumatda qeyd olunur ki, sınaq KXDR-in müdafiə potensialının gücləndirilməsi proqramı çərçivəsində baş tutub.
Agentliyin bildirdiyinə görə, yeni sursatların sınağı ölkənin strateji müdafiə qabiliyyətini artırmaq və potensial düşməni çəkindirmək məqsədi daşıyır.
Fidan Quliyeva
11:37 23.10.2025
Oxunuş sayı: 5766