ABŞ Rusiyaya qarşı sanksiyaların səbəbini açıqladı

ABŞ-ın maliyyə naziri Bessent bildirib ki, Rusiyaya qarşı sanksiyaların tətbiqi Prezident Vladimir Putinin danışıqlarda qeyri-səmimi davranışı ilə bağlıdır.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Nazirin sözlərinə görə, Alyaskada keçirilən görüşlər zamanı “Prezident Putin gözlənildiyi kimi açıq və dürüst mövqe sərgiləməyib”.
Bessent əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp danışıqların nəticəsiz getdiyini görərək görüşü yarımçıq tərk edib.
Fidan Quliyeva
10:53 23.10.2025
Oxunuş sayı: 1190