Avropa İttifaqı Rusiyaya qarşı 19-cu sanksiya paketini rəsmən təsdiqləyib

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı yeni – 19-cu sanksiya paketini rəsmən təsdiqləyib. Yeni məhdudiyyətlər paketinə Rusiya neftini daşıyan xarici bayraqlı 100-dən çox tanker daxil edilib.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bundan əlavə, sənəddə Rusiya mənşəli maye təbii qazın (SPG) alınmasına qadağa qoyulur. Yeni sanksiyalar həmçinin Rusiya diplomatlarının hərəkətlərinə məhdudiyyətlər tətbiq edilməsini də nəzərdə tutur.
Aİ-nin bu addımı Ukraynadakı müharibə fonunda Rusiyaya təzyiqləri artırmaq məqsədi daşıyır.
Sevinc Yarməmmədova
10:42 23.10.2025
Oxunuş sayı: 1747