Paşinyan Ermənistanda saxta konyakdan şikayətlər aldığını bildirib

Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə hökumət saatı zamanı ölkədə saxta konyak istehsalı ilə bağlı ona çoxlu şikayətlər daxil olduğunu açıqlayıb.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Paşinyanın sözlərinə görə, Ermənistanda “konyak” adlı içki istehsal oluna bilməz, çünki yerli şirkətlərin bu adın istifadəsinə hüququ yoxdur. O qeyd edib ki, beynəlxalq brendlərin nümayəndələri ona öz məhsullarının saxtalaşdırılmasından şikayət edirlər.
“Ermənistanda konyak istehsal oluna bilməz, necə ki, Diliсan şəhərində ‘Cermuk’ istehsal oluna bilməz. Ermənistanda şampan da istehsal edilə bilməz. Bizim problemimiz ondadır ki, bizim bir pəncərəmiz var və biz dünyaya o pəncərədən baxırıq,” – deyə Paşinyan vurğulayıb.
Mehriban İbrahimli
21:40 22.10.2025
Oxunuş sayı: 1411