Putin Trampın atəşkəs təklifini qəbul etməyib

Rusiya prezidenti Putin müharibəni hazırkı mövqelərdə dayandırmaq niyyətində deyil və ordunun mövqelərini möhkəmləndirmək üçün danışıqları uzatmaq istəyir. Moskva, ABŞ Prezidenti Donald Trampın təmas xətti boyunca atəşkəs barədə təklifini qəbul etməyib. Putin hələ ki, Vladimir Zelenski ilə görüşməyə hazır deyil və “Qərbi yormaq” strategiyasına ümid edir.
Crossmedia.az "Verstka” nəşrinə istinadən xəbər verir ki, Rusiya hazırda şiddətli döyüşlərin getdiyi Pokrovsk və Kupyansk üzərində nəzarət tələb edir. “Putinə bu şəhərləri artıq vəd ediblər. Biz mövqelərdə tam möhkəmlənmədən cəbhə xətti barədə danışmayacağıq”, – deyə nəşr bildirib.
Putin və Trampın Alyaskadakı görüşündən bəri tərəflərin mövqeləri dəyişməyib. Macarıstanda keçirilməsi planlaşdırılan yeni sammit isə hələ sual altındadır. Putin yenidən bütün Donbasın Rusiyaya verilməsini tələb edib, amma Zelenski bu tələbi rədd edib.
Fatimə Nəzərli
16:19 22.10.2025
Oxunuş sayı: 979