Tramp və Putin arasında görüş planlaşdırılmır

Tramp və Putin arasında görüş “yaxın gələcəkdə” planlaşdırılmır.
Crossmedia.az xəbər verir ki, Reuters Ağ Evin sözçüsünün verdiyi məlumata istinadən xəbər verib.
NBC News telekanalının jurnalisti Qarrett Heyk Ağ Evdəki mənbəyə istinadən bildirir ki, prezidentlərin Budapeşt görüşünə hazırlıq dayandırılıb.
Tramp və Putin oktyabrın 16-da telefon danışığından sonra Budapeştdə görüşmək barədə razılığa gəliblər.Oktyabrın 17-də Tramp Zelenskini Ağ Evdə qəbul edib.
Oktyabrın 20-də Rusiyanın xarici işlər naziri Lavrov və ABŞ dövlət katibi Rubio arasında telefon danışığı olub. Lavrovun və Rubionun bu həftə görüşü gözlənilsə də, təxirə salınıb.
CNN-in məlumatına görə, onların sülh nizamlanması ilə bağlı "fərqli gözləntiləri" var.
12:10 22.10.2025
Oxunuş sayı: 875