Macarıstan XİN: Zirvənin özünə qədər saxta xəbərlər və elanlar dalğasını gözləyin

"Budapeştdə Sülh Sammitinin elan edildiyi andan bir çoxlarının bunun qarşısını almaq üçün əlindən gələni edəcəyi aydın idi. Müharibə tərəfdarı olan siyasi elita və onun mediası müharibə ilə sülh arasında həlledici ola biləcək hadisələrdən əvvəl həmişə belə davranır".
Crossmedia.az xəbər verir ki, bunu Macarıstan XIN rəhbəri Peter Sciarto bildirib.
"Eyni hekayə, demək olar ki, hər Avropa Şurasının iclasından əvvəl, sanksiyalar və ya Avropa Sülh Mexanizmi ilə bağlı qərarlardan əvvəl təkrarlanır. Günəş altında yeni heç nə yoxdur. Bu dəfə də fərqli olmayacaq. Zirvənin özünə qədər sammitin baş tutmayacağına dair sızıntılar, saxta xəbərlər və elanlar dalğasını gözləyin"-deyə, o qeyd edib.
-
12:02 22.10.2025
Oxunuş sayı: 926