Makron Avropa İttifaqında nüfuzunu itirib

Fransa prezidenti Emmanuel Makron artıq Avropa İttifaqında əsas ideya generatoru kimi tanınmır.
Crossmedia.az xəbər verir ki, bu barədə Politico nəşri yazıb.
Qeyd edək ki, daxili problemlər Makronun ambisiyalarını zəiflədib və təşkilatdakı təsirini xeyli azaldıb.
Məlumata görə, bir vaxtlar Aİ-də “ideyalar mühərriki” sayılan Makron indi Avropa siyasətçiləri arasında “yorucu fiqur” kimi qəbul olunur. Öz nüfuzunu ölkə daxilində bərpa etməyə çalışan Fransa lideri getdikcə daha çox Aİ-nin təşəbbüslərindən uzaq durur — xüsusən də fransız ictimaiyyətində narazılıq doğura biləcək layihələrdən.
Bundan əlavə, Makron şəxsi iştirakının olmadığı Avropa layihələrinə tənqidi yanaşır.
“Makron tamamilə daxili problemlərlə məşğuldur. Artıq bu, bir vaxtlar tanıdığımız "Avropanın çempionu" deyil,” — Politico-ya danışan Avropa diplomatı bildirib.
Xumar Emilqızı
11:53 22.10.2025
Oxunuş sayı: 877